az
en
Bu gün: 23 Mart 2017
Ana səhifə    Kitabxana
Kitabxana

Kitabxana 1920-ci ildən Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərir. Muzeyi təşkil edən şəxslər yeni yaranan kitabxanaya Azərbaycan tarixinə aid ədəbiyyat əldə etmək üçün ziyalılara müraciət etmişlər. Kitabxanaya ilk daxil olan əsərlər numizmatika və epiqrafikaya aid kitablar olmuşdur. Kitabxananın nəzdində oxu zalı da fəaliyyət göstərirdi.

         Kitabxana fondunu zənginləşdirən mənbələrdən biri də şəxsi kolleksiyalardan toplanan, satın alınan və bağışlanan, Sankt-Peterburqda, Moskvada, Azərbaycan tarixinə aid toplanan kitab, jurnal və qəzetlər idi. İldən-ilə artan kitabxananın fondu 1936-cı ildə 4700 ədəd təşkil edirdisə, 1943-cü ildə onun sayı 30 minə çatdı. Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının yaranmasında və zənginləşməsində Y.Paxomov, İ.Cəfərzadə, M.Salamov, S.Qazıyev, V.Leviatov, M.Qazıyev, Z.Yampolskiy, Z.Bünyadov kimi alimlərin böyük rolu olmuşdur.

Hazırda kitabxana fondunun ümumi həcmi 84534 nüsxə, onlardan 59832 ədəd kitab, 12000 jurnal və 12702 ədəd digər material təşkil edir. Kitabxanada 7 fond fəaliyyət göstərir: Azərbaycan, rus, Qərbi Avropa, erməni dillərində olan kitablar, nadir kitablar, avtoreferatlar, 1917-ci ilə qədərki dövrü mətbuat fondları.

Elanlar