az
en
Bu gün: 25 Aprel 2017
Ana səhifə    Sənədli mənbələr fondu
Sənədli mənbələr fondu

Sənədli mənbələr fondu 1955-ci ildən fəaliyyət göstərən Muzeyin Elmi arxivi əsasında yaradılmışdır. Arxivə muzeydə aparılan elmi işlərin, arxeoloji ekspedisiyaların materialları, habelə XIX – XX əsrlərə aid sənədlər və fotoşəkillər toplanırdı. 1992-ci ildə Elmi arxiv Sənədli mənbələr fonduna çevrilmişdi. Fondun kolleksiyasının əsasını XIX əsrdən bu günə qədərki dövrü əhatə edən sənədlər, fotoşəkillər, açıqcalar və s. təşkil edir. Bu materiallar mövzulara görə fərqlənir. Belə ki, fondda XIX əsrin ikinci yarısından başlayaraq inkişaf etməkdə olan neft sənayesinin tarixinə, yerli və xarici şirkətlərə aid sənədlər, habelə XX əsrdə Azərbaycan SSR-də neft sənayesinin inkişafına dair maraqlı sənədlər mühafizə olunur.  

Milli mədəniyyətin inkişafına dair materiallar Sənədli materiallar fondunda xüsusi yer tutur. Buraya görkəmli maarifçilərin, mədəniyyət  xadimlərinin, tanınmış ziyalıların, habelə XIX əsrin  sonu-XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən mədəni-maarif və xeyriyyə cəmiyyətlərinə aid materiallar daxildir.

Fondda Muzeyin tarixinə dair sənədlərlə yanaşı, yarandığı ilk gündən Muzeydə çalışan əməkdaşlara məxsus sənəd və fotoşəkillər də xüsusi bölmədə qorunur.

Sənədli mənbələr fondunun müdirləri:

Roza Pisarevskaya (1955-1965)

Osman Əfəndiyev (1965-1970)

Svetlana Medvedeva (1970-2008)

Mehriban Əliyeva (2008-ci ildən)

Elanlar