az
en
Bu gün: 22 Iyul 2017
Ana səhifə    Faleristika və qliptika fondu
Faleristika və qliptika fondu

AMEA Milli Azərbaycan Tarixi Muzeyində daimi ekspozisiyanın yeni-yeni materiallarla daha da zənginləşdirilməsi, qonaqlar üçün daha da baxımlı olması istiqamətində mütəmadi iş aparılır. Bu yaxınlarda Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına  “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin əlavə olunmuşdur. Belə ki, vitrində H.Ztağıyevin müxtəlif illərdə təltif olunduğu İarnın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə həsr olunmuş medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları

nümayiş etdirilir.Vitrində nümayiş etdirilən təltif nişanları Muzey əməkdaşlarının uzun müddət ərzində apardıqları araşdırmalar nəticəsində aşkarlanmışdır.H.Z.Tağıyevin təltif nişanlarının axtarılması istiqamətində 2008-2009-cu illərdə Muzeyin Heraldika Fond-şöbəsi tərəfindən başlanan tədqiqatlar 2012-ci ildə uğurla nəticələnmişdir. Belə ki, Muzeyin Faleristika və Bonistika Fondunun müdiri t.ü.f.d. Sənubər Qasımova tərəfindən aşkarlanmış H.Z.Tağıyevin təltif nişanları tədqiq olunmuşdur. Qeyd etmək lazımdır ki, S.Qasımova tərəfindən yazılmış müvafiq məqalələr MATM-ın məqalələr toplusunda və Özbəkistan EA Tarix İnstitutunun “Ozbəkistan tarixi” jurnalında nəşr olunmuşdur.  Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir.

 

 

1998-ci ildə vahid Numizmatika fondunun iki hissəyə ayrılması nəticəsində Məskukət və Qeyri-məskukət fondları təşkil edildi.

Numizmatika fondunda saxlanılan döş nişanları, təltiflər, markalar, kağız pullar, möhürlər, şəxsi əşyalar və s. Qeyri-məskukət fonduna təhvil verildi. 2009-cu ildə onun əsasında Faleristika, qliptika və bonistika fondu yaradıldı.

Hazırda fondun kolleksiyası 30 minədək say vahidi təşkil edir. Fondun faleristika kolleksiyası stolüstü, donativ, xatirə medalları, ordenlər, döş nişanları, cetonlar və digər fərqlənmə nişanlarından ibarətdir.

Orta əsr sülalələrinin hakimlərinə, XIX əsrə aid möhürlər, o jümlədən, poçt və dəmiryol möhürləri, Rusiya və xariji ölkə möhürləri qliptika kolleksiyasını təşkil edir.

Qiymətli kağızlar, eləcə də  Azərbayjanın, Qərb və Şərq dövlətlərinin pul nişanları bonistika, kolleksiyasında Azərbayjan və xariji dövlətlərin markaları isə filateliya kolleksiyasına daxildir. Fondun şəxsi təltiflər kolleksiyasında görkəmli alim, həkim, mədəniyyət və injəsənət xadimləri, neft sənayesi işçiləri, millət vəkilləri, fəhlələr və başqa ixtisas sahiblərinin orden, medal və fərqlənmə nişanları qorunur.

Elanlar