az
en
Bu gün: 21 Noyabr 2018
Muzeydə Məhsəti Gəncəviyə həsr olunmuş güşə açılmışdır

Muzeydə Məhsəti Gəncəviyə həsr olunmuş güşə 18 May –Beynəlxalq Muzeylər Günü ilə əlaqədar İCOM Azərbaycan Komitəsinin qərarına əsasən Bakı muzeylərində “Şəxsiyyətimiz Sərvətimiz” devizi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş tədbirlər keçirilməli,

güşələr yaradılması tövsiyyə olunmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin foyesində orta əsr şairəmizin xatirəsinə həsr olunmuş güşə yaradılmış, burada Gəncə xalçası fonunda Məhsəti Gəncəvinin portreti, XIII əsr Gəncə keramikası, Məhsətinin gözəl şahmat oyunçusu olmağı barədə məlumatları nəzərə alaraq qədim şahmat taxta və fiqurları, XIII əsr çırağı nümayiş olunur, tariximizin və mədəniyyətimizin ən parlaq dövrlərindən – İntibah dövründən məlumat verirlər.

Elanlar