az
en
Bu gün: 15 Dekabr 2018
Qaraş Mədətov -85

 

Qaraş Əli oğlu Mədətov 1928-ci il fevral ayının 12-də Naxçıvan MR-nın Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyasını

müdafiə etmiş, 1969- cu ildə professor elmi adı almış, 1983- cü ildə isə Azərbaycan EA-nın (indi AMEA) müxbir üzvü seçilmişdir. Q.Ə.Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1968-ci ildən ömrünün sonunadək “Azərbaycanın müasir dövr tarixi” şöbəsinə rəhbərlik etmişdir. Q.Ə.Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941-1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə

 

yönəltmişdir. O, 160-dan artıq elmi əsərin, o cümlədən “Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in yaradılması”, “Azərbaycan Böyük Vətən müharibəsində (1941- 1945-ci illərdə)” və b. Monoqrafiyaların müəllifidir. 3 cildlik “Azərbaycan tarixi” və “Azərbaycan Kommunist Partiyası

tarixinin oçerkləri” kitablarında “Azərbaycan Böyük Vətən müharibəsində” bölməsinin də müəllifidir.

Onun rəhbərliyi və iştirakı ilə “Azərbaycan Böyük Vətən müharibəsi dövründə” (2 cildlik),  Azərbaycanın Qırmızı Ulduzları”, “Azərbaycan oğulları Sovet İttifaqı Qəhrəmanlarıdır” və “Azərbaycan SSR fəhlə sinfi tarixinin oçerkləri” (3 cildlik) və digər əsərlər nəşr olunmuşdur. Onun rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik dissertasiyası müdafiə edilmişdir. Q.Ə.Mədətov 1980-ci ildə “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, “Şərəf Nişanı” ordeni,  müxtəlif medallarla və fəxri fərmanlarla təltif olunmuşdur. 1993-cü il iyul ayının 1-də Bakıda

vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Elanlar