az
en
Bu gün: 04 Aprel 2020
Firidun bəy Köçərli

 

Firidun bəy Köçərli (Köçərlinski) 1863-cü il yanvar ayının 26-da Şuşada dünyaya gəlmişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlmiş və bu yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamışdır.

1885-1896-cı illərdə İrəvan gimnaziyasında, sonra QMS-nin Azərbaycan şöbəsində müəllim işləmişdir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunmuş, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləmişdir. “Vətən dili”nin I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyük olmuşdur. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir.

 

Köçərlinin “Darı və buğda” əsəri “Vətən dili” kitabına salınmışdır. Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdir. 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil etmişdir. Həmin tamaşa - M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilmişdir. Lakin F.Köçərli 1895-ci ildə İrəvanı tərk etmişdir. O, 1917-ci ildə siyasi proseslərə qoşulmuş, “Müsavat” partiyasına daxil olmuşdur. 1920-ci ilin mayında Qazax kommunistləri onu və digər “Müsavat” funksionerlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə” və s.-də ittiham edərək həbs etmiş, şahidlər dindirilmədən, verilən izahatlar nəzərə alınmadan Firudin bəy Köçərli güllələnmişdir.

 

Elanlar