az
en
Bu gün: 22 Noyabr 2018
Qafqazın XVIII əsrdə tərtib edilmiş xəritəsi Misirin İsgəndəriyyə Kitabxanasından Gəncəyə gətirilmişdir

 Londonda saxlanılan, daha sonra isə Misirin İsgəndəriyyə Kitabxanasının arxivində qorunan Qafqazın XVIII əsrə aid xəritəsi Gəncəyə gətirilmişdir. Xəritələrin özəlliyi ondadır ki, orada ermənilərlə bağlı heç bir ərazi və yer yoxdur. AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə AzərTAc-a demişdir ki, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, doktor İsmayıl Serageldinin Gəncəyə hədiyyə etdiyi bu qiymətli tarixi sənəd 1705, 1780 və 1795-ci illərdə Böyük Britaniya kəşfiyyatı tərəfindən hazırlanmışdır. Müxtəlif illərdə tərtib edilmiş və 3 hissədən ibarət olan xəritədə Qərbi Azərbaycan və Qarabağ ərazilərində ermənilərdən əsər-əlamət yoxdur və eləcə də ermənilərin uydurduqları “Arxsaq” adına qətiyyən rast gəlinmir.

Bu da onu sübut edir ki, ermənilər özlərinin iddia etdikləri kimi, Qafqazda yaşamamışlar və sadəcə olaraq Azərbaycanda məskunlaşmışlar. Xəritədə, həmçinin Dağlıq Qarabağın Azərbaycana aid olduğu da öz əksini tapmışdır. Ümumiyyətlə, ermənilərin Qarabağ və Qafqaza olan iddialarını bu xəritə tamamilə rədd edir. Burada açıq-aşkar Qarabağın adının olması, Eçmiəddin ərazisinin Üçməzin, hətta Sevan gölünün üzərində Qarabağ yazılması bütün erməni iddialarını rədd edir. Xəritədə ermənilərin yaşadıqları indiki ərazilər Azərbaycanın əyaləti kimi təqdim olunmuşdur. Tarixçi alim daha sonra demişdir ki, Böyük Britaniya kəşfiyyatı tərəfindən hazırlandığından xəritədə ən kiçik detallar da özünə yer almışdır. Demək olar ki, bu tarixi sənəd ermənilərin Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət qurmaq üçün uydurduqları yalanların üzərindən qara bir xətt çəkir. Şübhəsiz, bu xəritələr alimlərin tədqiqatı üçün ən dəyərli sənəddir.

 

 

 

AzərTAc

Elanlar