az
en
Bu gün: 22 Iyul 2017
Muzey əməkdaşı N.Yusifovanın dissertasiyasının müdafiəsi olmuşdur

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı uğurla müdafiə etmişdir. Muzey əməkdaşının dissertasiya mövzusu “Azərbaycan dekorativ-tətbiqi sənətində həndəsi ornamentlər, onların fəza quruluşları və bədii xüsusiyyətləri” olmuşdur.

Müdafiə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Dissertasiya Şurasının iclasında keçirilmişdir.

Muzeyin kollektivi adından Nardanə Yusifovanı təbrik edir, yeni elmi uğurlar  arzulayırıq!

 FLICKR

YOUTUBE

FACEBOOK


Elanlar