az
en
Bu gün: 21 Noyabr 2017
Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisi işini başa vurdu

2017-ci il may ayının 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində açılışı keçirilmiş “Reinkarnasiya – tarixi eksponatlar” sərgisi işi başa vurdu.

Sərginin mahiyyəti Azərbaycanın müasir rəssamlarının mədəniyyətimizi və tariximizi necə görmələrini nümayiş etdirmək idi. Belə ki, muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat vermişlər.

Sərgidə bir sıra yeni təsviri sənət və heykəltəraşlıq əsərləri yaratmış aşağıdakı rəssam və heykəltəraşların işləri nümayiş olunmuşdur: Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Eldar Babazadə, Elşən Qaraca, Həmid Məhərrəmov, Fərid Mirzəyev.

Təqdim olunan sərgidə Muzeyin 20 tarix eksponatı nümayiş olunmuşdur. Məhz bu eksponatları əsas götürərək rəssam və heykəltəraşlar 27 sənət əsəri yaratmışlar.

Tarixi eksponatların yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduqları yerlərini, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan vermişdir. Muzey tərəfindən sərginin kataloqu dərc olunmuşdur.

Sərgi 15 may – 12 iyun tarixlərində davam etmişdir. Bu müddət ərzində sərgi il 407 tamaşaçı tanış olmuşdur.

 FLICKR

YOUTUBE

FACEBOOK

Elanlar