az
en
Bu gün: 21 Noyabr 2017
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın elmi müəssisələrinin Direktorları Şurasının iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, institut və təşkilatların direktorları, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclas iştirakçılarını salamlayaraq 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Akademik bu tarixi günün sadəcə təqvim bayramı deyil, böyük ictimai və siyasi əhəmiyyətə malik olduğunu  qeyd edərək ulu öndər Heydər Əliyevin ruhuna rəhmət diləyib.

Sonra akademik Akif Əlizadə gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Birinci məsələ AMEA-nın magistraturasının ilk buraxılışı və magistraturaya növbəti qəbul haqqında olub. Alim qısa zaman ərzində Akademiyanın təhsil sahəsində əldə olunan uğurlarından danışıb: "AMEA-nın magistraturasının böyük nüfuz və reytinq qazanması alimlərimizin uğurudur və buna görə hər kəsə öz minnətdarlığımı bildirirəm. Hazırda AMEA-ya çoxlu sayda abituriyentin sənəd verməsi Akademiyada yaradılan şəraitdən, magistratura təhsil pilləsinin müvəffəqiyyətlə həyata keçirilməsindən xəbər verir".

Mövzu ilə əlaqədar çıxış edən Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Akademiyanın magistratura pilləsinə növbəti tədris ili üçün qəbulun gedişatından, gənclərdə elmə böyük marağın olmasından danışıb. O, AMEA-nın magistraturasına 87 plan yerinə 1742 ərizənin, o cümlədən orta hesabla hər bir yerə 20-dən artıq ərizənin verildiyini, bəzi ixtisaslarda isə bu rəqəmin 50-yə yaxın olduğunu bildirib. Ə.Sadıqov qeyd edib ki, iyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq. Akademiyadan müxtəlif ixtisaslar üzrə 18 nəfərin məzun olmasını, onların magistr dissertasiya işlərini yüksək səviyyədə müdafiə etmələrini AMEA-nın həyatında tarixi hadisə kimi qiymətləndirib, məzunlara diplom təqdimetmə mərasiminin təntənə ilə qeyd ediləcəyini bildirib.

İclasda magistratura səviyyəsinə qəbul və magistr hazırlığı prosesilə bağlı həyata keçiriləcək tədbirlərlə bağlı AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev öz təkliflərini verib, ölkəmiz üçün yüksəkixtisaslı kadr hazırlığında, yeni elmi nəslin yetişdirilməsində AMEA-nın böyük potensiala malik olduğunu vurğulayıb.

İclasda akademik A.Əlizadə Akademiyanın elmi müəssisələrində ingilis dilinin öyrənilməsinin vəziyyəti, alimlərin biblioqrafik göstəricilərinin müasir tələblər səviyyəsində nəşr edilməsi ilə bağlı çıxış edib, təkliflərini səsləndirib.

Sonra AMEA rəhbəri Akademiya ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıqdan danışaraq nazirliyin AMEA-nın müəssisələri ilə sıx əlaqələr qurduğunu bildirib. Bununla əlaqədar çıxış edən Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev FHN ilə əməkdaşlıq çərçivəsində yeni layihələrlə əlaqədar konkret addımlar atıldığını nəzərə çatdırıblar.

Direktorlar Şurasının iclasında Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması haqqında çıxış edən İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi üzrə komissiyanın işə başladığını deyib: "Akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində inşa edilən yeni binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmlər doktorları, fəlsəfə doktorları və elmi dərəcəsi olmayan elmi işçilərin Akademiyaya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi prosesinə start verilib. Növbəti mərhələdə yataqxanada qeydiyyatı olub, üzrlü səbəbdən yaşamayan elmi işçilərin mənzil problemlərinin araşdırılmasına başlanılacaq".

İşlər İdarəsinin müdiri F.Abdullayev AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilən mənzillərin püşkatma yolu ilə həyata keçirildiyini, bölgü zamanı əməkdaşların elmi dərəcələri və ailə vəziyyətinin nəzərə alındığını diqqətə çatdırıb. O, AMEA-nın elmi işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gələcəkdə də müvafiq işlər görüləcəyini qeyd edib.


Состоялось заседание Совета директоров научных учреждений НАНА

Состоялось заседание Совета директоров научных учреждений Национальной Академии Наук Азербайджана. На заседании приняли участие президент НАНА, вице-президенты и академик-секретарь НАНА, академики-секретари научных отделений, директора научных институтов и организаций, ответственные сотрудники Президиума НАНА.

Поприветствовав участников заседания, президент НАНА, академик Акиф Ализаде поздравил всех с Днем национального спасения – 15 июня. Отметив, что этот исторический день является не только праздничным днем в календаре, но также имеет большое общественное и политическое значение, академик почтил память общенационального лидера Гейдара Алиева.

Затем академик Акиф Ализаде ознакомил присутствующих с вопросами, стоящими на повестке дня. Вначале был рассмотрен вопрос о первом выпуске магистратуры НАНА и следующем приеме в магистратуру. Академик Акиф Ализаде рассказал об успехах, достигнутых в НАНА в сфере образования за короткий период: «Высокий рейтинг и большой авторитет магистратуры Академии является успехом наших ученых, за что я выражаю свою благодарность каждому. В настоящее время в магистратуру НАНА свои документы подали очень много абитуриентов, что свидетельствует о соответствующих условиях, созданных в Академии, и успешном осуществлении процесса обучения в магистратуре».

В своем выступлении по данному вопросу начальник Управления науки и образования аппарата Президиума НАНА, член-корреспондент НАНА Аминага Садыгов рассказал о ходе приема в магистратуру Академии на следующий учебный год, большом интересе молодежи к науке и к НАНА. Он сообщил, что на 87 плановых мест в магистратуру НАНА заявки подали 1742 человека, то есть в среднем на одно место претендуют более 20-ти человек, а для некоторых специальностей этот показатель составляет около 50-ти человек на одно место. Отметив также, что 7 июля состоится первый выпуск магистратуры НАНА, Аминага Садыгов добавил, что в этом году выпускниками магистратуры НАНА по различным специальностям стали 18 человек, которые на высоком уровне защитили свои магистерские диссертации. Назвав это значимым событием в истории Академии, начальник управления сообщил, что церемония вручения выпускникам их магистерских дипломов пройдет очень торжественно.

Говоря о мероприятиях, которые будут осуществлены при приеме в магистратуру и при подготовке магистрантов, академик-секретарь НАНА, академик Расим Алгулиев выдвинул в связи с этим некоторые предложения, подчеркнул, что НАНА обладает большим потенциалом для подготовки высокоспециализированных кадров для нашей страны и появления нового поколения ученых.

На заседании президент НАНА, академик Акиф Ализаде рассказал о состоянии изучения английского языка в научных учреждениях НАНА, издании библиографических показателей ученых на уровне современных требований, озвучил ряд предложений.

Затем, говоря о сотрудничестве Академии с Министерством по чрезвычайным ситуациям, президент НАНА отметил, что между министерством и учреждениями НАНА налажены тесные связи. Выступив по данному вопросу, директор Института нефтехимических процессов имени академика Юсифа Мамедалиева, академик Вагиф Аббасов, директор Института генетических ресурсов, член-корреспондент НАНА Зейнал Акперов и директор Института почвоведения и агрохимии, член-корреспондент НАНА Аловсат Гулиев сообщили, что в рамках сотрудничества с МЧС осуществлены конкретные мероприятия для реализации новых проектов.

На заседании Совета директоров об улучшении социального положения сотрудников Академии говорил начальник Управления делами НАНА, доктор политических наук Фатали Абдуллаев. Он сообщил, что комиссия по распределению квартир, созданная соответствующим постановлением Президиума НАНА, уже начала свою работу: «Согласно договору, заключенному между Академией и ООО «Evrostroy-S» 14 ноября 2012 года, был дан старт распределению квартир с целью переселения докторов наук, докторов философии и не имеющих ученой степени работников НАНА, проживающих в общежитии по адресу «Город Баку, Ясамальский район, улица Шарифзаде, 12», в квартиры, отведенные для Академии в возведенных на территории этого общежития новых зданиях. На следующем этапе будут рассмотрены жилищные проблемы научных сотрудников, которые зарегистрированы в общежитии, но не проживают там по уважительной причине».

Руководитель Управления делами НАНА Фатали Абдуллаев напомнил, что предоставление квартир сотрудникам НАНА и членам их семей было осуществлено путем жеребьевки, при распределении были учтены ученая степень и семейное положение сотрудников. Фатали Абдуллаев отметил, что для улучшения социального положения научных сотрудников НАНА и в будущем будут реализовываться соответствующие мероприятия.

FLICKR

YOUTUBE

FACEBOOK



Elanlar