az
en
Bu gün: 21 Sentyabr 2017
Muzey əməkdaşının məqaləsi dərc olunub

“İrs” beynəlxalq jurnalının ingilis dilindəki növbəti buraxılışında (№2 (30), 2017, s.36-42) “Siren motivi olan şirli qab” adlı məqaləsi dərc olunub.  Məqalənin müəllifi Milli Azərbaycan Tarixi Muzeyinin  Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Aida İsmayılovadır. Məqalə Muzeyin Arxeologiya elmi fondunda qorunan, eləcə də ekspozisiyada sərgilənən, üzərində siren motivi olan XII-XIV əsrlərə aid 4 ədəd şirli qab haqqındadır.

Üzərində siren motivləri olan şirli qab nümunələri bəhs olunan dövrün bədii-estetik təfəkkürü, dünyagörüşü, mifoloji baxışları haqqında müəyyən təsəvvür yaradır. Məqalədə qabların hər birinin təsviri verilmiş, onların səciyyəvi xüsusiyyətləri diqqətə çatdırılmışdır. Burada siren motivinin kökləri, müxtəlif xalqların mifologiyasındakı yeri məsələlərinə toxunulmuş, semantik anlamı qeyd olunmuşdur.

Muzey kollektivi adından Aida İsmayılovanı təbrik edir, yeni uğurlar arzulayırıq.

 FLICKR

YOUTUBE

FACEBOOK

Elanlar