az
en
Bu gün: 23 İyun 2017
Muzeyin əməkdaşları DAAD proqramına həsr olunmuş tədbirdə iştirak etmişdirlər

Mərkəzi Elmi Kitabxanada AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilmişdir.

Təqdimatda Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşları Ə. Fərhadov və A. Babayeva iştirak etmişdirlər.

Təqdimatı giriş sözü ilə açan  DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo bildirib ki, DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatlardandır.

 Təqdimatda DAAD-ın xarici ölkələrdəki büro və məlumat mərkəzlərindən ibarət şəbəkəsinin fəaliyyətindən və təqdim etdiyi xidmətlərdən danışılmışdır. DAAD-ın bakalavriant, magistrant, doktorant və təcrübəli tədqiqatçılar üçün Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqramları çərçivəsində təhsil almaq, intensiv dil kursları keçmək və tədqiqatların aparılması üçün təklif olunan imkanları haqqında geniş məlumat verilib.

FLICKR

YOUTUBE

FACEBOOK

Elanlar