az
en
Bu gün: 22 Noyabr 2018
Muzey əməkdaşının “Parisdə aviasiya məktəbində təhsil alan azərbaycanlı pilot” adlı məqaləsi dərc olunub

irsFransız dilində çap olunan “İrs-Miras” beynəlxalq jurnalının növbəti (“İrs- Heritage”, 3 (5), 2014, s.30-31) nömrəsində Muzeyin əməkdaşı t.ü.f.d. Məmməd Məmmədovun “Parisdə aviasiya məktəbində təhsil alan azərbaycanlı pilot” adlı məqaləsi dərc olunub. Məqalədə onun həyatından və Azərbaycan xalqı qarşısında olan xitmətləri haqqında məlumat verilir.

1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olmuş Əli bəy Verdiyev 1916-cı ildə Parisdə aviasiya məktəbini bitirmişdir.  Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən Əli Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür. Daha sonra o aviasya məktəbində çalışmış, 20-ci illərdə Azərbaycana qayıtmış və II dünya müharibəsindən sonra müxtəlif vəzifələrdə çalışmışdır.

Azərbaycanın ilk təyyarəçilərindən biri olan Əli Verdiyevin həyat və fəaliyyətinin araşdırılması Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondudanda qorunan materialları əsasında mümkün olmuşdur.

Məqalənin tam mətni ilə saytın “Muzey KİV-də” bölməsində tanış olmaq olar.

irs

Elanlar