az
en
Bu gün: 23 Mart 2017
Ana səhifə    Konfranslar
Konfranslar

Oktyabrın 29-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı. Konfransda ABŞ-ın Smitson Etnoqrafiya və Mədəniyyət Mərkəzi, Rusiya Federasiyasının Dövlət Ermitajı, Lesi Ukrayinski adına Ukrayna Şərq və Avropa Milli Universiteti, Azərbaycan, Türkiyə, Misir, İordaniya, Almaniya, Yaponiya – cəmi 20 ölkənin alim və mütəxəssisləri, maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsinə dair müvafiq qurumların rəhbərləri, təmsilçiləri iştirak edirdilər.

2013-cü il aprelin 18-dəAMEA Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu və problemləri” mövzusunda III respublika elmi konfransının açılışı olmuşdur.

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi son zamanlar yerli və beynəlxalq muzeylərin müasir vəziyyəti və inkişaf perspektivləri, mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi, muzeylərdə tədris məsələsi sahəsində əldə edilən nailiyyətləri əhatə edən seminar, simpozium və konfranslar keçirir.

Bakı, 6-7 oktyabr 2011-ci il

 AMEA Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2011-ci il oktyabrın 6-7-də müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçirir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2010-cu il 1-3 noyabrda Muzeyin yaradılmasının 90 illiyinə həsr olunmuş “Muzeylər və mədəni irs” mövzusunda Beynəlxalq konfrans keçirir.

Elanlar