az
en
Bu gün: 23 Mart 2017
Ana səhifə    Xəbərlər
Xəbərlər

Muzeydə Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin direktoru A.İsmayılovanın təşkilatçılığı ilə “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilmişdir.

Bu gün Bərdə beynəlxalq arxeoloji ekspedisiyasının rəisi, Oksford universitetinin əməkdaşı, arxeoloq Pol Bordsvortun başçılıq etdiyi nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyinə təşrif buyurmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyini bayram ərəfəsində ölkəmizin qonağı olmuş Küveyt Dövlət Universitetinin professoru Casim Al-Ali, aparıcı müəllimi Al-Radvan və universitetin tələbəsi Navaf Al-Rahmani ziyarət ediblər.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Sabah” qrupları layihəsi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində növbəti açıq dərs keçirilib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun yeni məqaləsi çap olunub. Tarixçi alimin “XIV əsr Azərbaycan miniatürlərində silah təsvirləri” adlı məqaləsi Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” (İctimai elmlər seriyası) jurnalında (№ 1 , 2017, s.26-41) oxuculara təqdim olunub.

AMEA Mərkəzi Elmi Kitabxanasında litvalı müəlliflər Alqimantas Liyekisin "Millətlərin Qafqazda köçü 20-ci əsr" və Qintaras Visotkasın "Qara bağın faciəsi" kitablarının təqdimat mərasimi keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq məktəb şagirdləri üçün açıq dərslər keçirilir.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbət” layihəsi çərçivəsində növbəti mühazirə keçirilib.

Mərkəzi Elmi Kitabxanada AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilmişdir.

12345678910
Elanlar