|
|
Saytımıza xoş gəlmisiniz!
2010-cu ildə Milli Azərbaycan Tarixi Muzeyinin 90 yaşı tamam olur. Fəaliyyətinin ilk dövründə Azərbaycan Dövlət Muzeyi adını daşıyan muzeyimiz 1936-cı ildən tarix profilinin gücləndirilməsi ilə əlaqədar bu günkü adı ilə işini davam etdirmiş, uzun illər ərzində vətən tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyası və sərgiləri ilə tamaşaçıların diqqətini cəlb etmiş, rəğbətini qazanmışdır.
Bu gün muzeyin müxtəlif fondlarında vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq əsasən, XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab, və qəzetlər toplanmışdır.
|
2012-ci il mayın 16-da Milli Azərbaycan Tarixi Muzeyində “Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycanın arxeoloji irsinin öyrənilməsi” mövzusunda elmi seminar keçirildi.Giriş sözü ılə muzeyin direktoru akademik Naılə Vəlixalı seminarı açıq elan etdi.Tədbirə “XƏZƏR” universitetinin, Bakı Dövlət Universitetinin və Humanitar kollecin tələbələri dəvət olunmuşdu.Seminarda tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Milli Azərbaycan Tarixi Muzeyi və arxeoloji irsimiz: dünən və bu gün”, AMEA-nın müxbir üzvü, prof. İlyas Babayev “Son illərdə Qəbələdə aparılan arxeoloji qazıntıların nəticələri”, Tarix elmləri doktoru Əli Rəcəbli “Muzey ekspozisiyasında nümayiş etdirilən numizmatik materialların Azərbaycan tarixinin öyrənilməsində rolu”, Tarix elmləri doktoru, prof. Qüdrət İsmayılzadə
|
Tədbir muzeyin rəhbərliyi və muzeyin YAP təşkilatı tərəfindən hazırlanmışdı.Giriş sözü ilə MATM direktoru akademik Nailə Vəlixanlı tədbiri açıq elan etdi.Dövlət Himni səsləndikdən sonra Səbail rayon Azərbaycan Tarixi Muzeyinin YAP ərazi təşkilatının sədri Pərvanə Əzimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Himalay Qasımov Heydər Əliyevin Azərbaycanın inkişafında olan böyük rolundan, muzeyin əməkdaşları və YAP üzvləri Nasir Quluzadə “Heydər Əliyev və Azərbaycanın arxeoloji irsi” Aqil Əhmədov isə “Heydər Əliyev və Beynəlxalq təşkilatlar” mövzusunda məruzələrlə çıxış etdilər.
|
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-cu ilin dekabr ayında verdiyi əmrə əsasən 2012-ci ilin may ayının 7-9 Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasında Sovet İttifaqı qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun 90-illiyinə həsr olunmuş “Orta əsrlər şərqinin tarixşünaslığı və mənbəşünaslığı” adlı beynəlxalq elmi simpozium keçirildi.Simpoziumda Rusiya.Almaniya, İran, Türkiyə, Gürcüstan. Özbəkistan, Hollandiya, ABŞ, Azərbaycan, Misir alimləri iştirak edirdiMayın 7-də simpozium iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Ziya Bünyadovun məzarları üstünə Əklillər qoydular.Sonra Azərbaycan Milli Elmlər Akademiyasınin Rəyasət heyətində plenar iclas başladı.Giriş sözü ilə AMEA
|
AMEA Milli Azərbaycan Tarixi Muzeyində işğalın il dönümü ilə əlaqədar tədbir keçirilmişdi. Tədbiri giriş sözü ilə MATM-nin direktoru akademik Nailə Vəlixanlı açdı. Tədbirə 190 saylı şəhər və 123 saylı Mərdəkan orta məktəb şagirdləri dəvət olunmuşdurlar. Giriş sözündən sonra Şuşayla bağlı işğaldan öncə və işğaldan sonra fotogörüntülər nümayiş olundu. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova “Qarabağın işğal tarixindən”, muzeyin əməkdaşları tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Qədim insan məskəni – Qarabağ. Qarabağın arxeoloji tədqiqi” və tarix üzrə fəlsəfə doktoru Gülzadə Addulova “Azərbaycanın maddi mədəniyyətində Qarabağın yeri və rolu” mövzularıyla çıxış etdilər.
|
4 may 2012- ci ildə ulu öndər Heydər Əliyevin 89-cu ildönümü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının, YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının və “Siyasi Maarifçilik” İctimai Birliyinin üzvləri Heydər Əliyev Fondu ilə yaxından tanış olmuşlar.Şərəfli ömür yolundan bəhs edən fotoşəkillərdən və digər eksponatlardan ibarət olan muzeydə dahi liderin həyat və fəaliyyəti barədə məlumat alan tamaşaçılar həmçinin onun yaşadığı mənzildəki iş otağından eynilə gətirilmiş avadanlıq, əşyaları seyr etmiş və fonda gələn dövlət və hökumət başçılarının, tanınmış şəxsiyyətlərin ürək sözləri yazılmış xatirə kitabı, böyük öndərə verilən hədiyyələr, o cümlədən müəllifi olduğu neft strategiyasının həyata keçirilməsi çərçivəsində tikilmiş
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çexiya Respublikasına rəsmi dövlət səfəri çərçivəsində 2012-ci il aprelin 5-də “Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu” imzalanmışdır. Memorandumda iki muzey arasında Azərbaycan və Çexiyanın tarix və mədəniyyətlərinin qarşılıqlı təqdimatı üzrə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması, ümumi layihələrin, o cümlədən, sərgi və konfransların keçirilməsi, qarşılıqlı nəşr mübadiləsi və digər məsələlər nəzərdə tutulub.
|
Bu yaxınlardan muzey Avropa və Asiyanın muzeylər şəbəkəsi-ASEMUS-un layihəsi olan “Şah əsərlərin virtual kolleksiyası”na qoşulub. (http://masterpieces.asemus.museum). Layihənin məqsədi muzeylər arasında əlaqələri genişləndirmək, İnternet vasitəsilə muzey kolleksiyalarında olan ən nadir eksponatları nümayiş etdirmək, ölkələrin milli mədəniyyətini təbliğ etməkdir. Yüzdən artıq muzey ASEM layihəsində təmsil olunub. Onların içərisində Avstriya, Çin, Almaniya, Yaponiya, Hindistan, Pakistan, İtaliya, Fransa muzeylərini göstərmək olar. MDB məkanında yalnız iki dövlət – Rusiya və Azərbaycan “Şah əsərlərin virtual kolleksiyası” nda iştirak edirlər.
|
29 mart 2012-ci ildə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı, YAP Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatı və “Siyasi Maarifçilik” İctimai Birliyinin üzvlərinin təşəbbüsü ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində 31 mart - azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirildi.“Azərbaycan” himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü açıq elan edən Azərbaycan Tarixi Muzeyinin YAP ərazi təşkilatının sədri Pərvanə Əzimova soyqırımın tarixindən söhbət açaraq ümummilli lider Heydər Əliyevin bu hadisələrlə əlaqədar fərmanlarının önəmindən danışdı.
|
Milli Azərbaycan Tarixi Muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Türkiyə Respublikası Səlcuq Universitetinin Türk Əl Sənətlərini Araşdırma Mərkəzi Bakıda IV Beynəlxalq Türk Əl Toxumaları (tekstil) və Ənənəvi Sənətlər Konqresini keçirirlər. Konqresdə türk əl toxumalarının və ənənəvi sənətlərin (dulusçuluq, xəttatlıq və s.) tarixindən və keçdiyi təkamül yolundan, hazırlanma texnologiyasından, onların tarixi-mədəni əhəmiyyətindən bəhs edən məruzələr dinləniləcək.
|
2012 il martın 12-də Xorvatiya Respublikasının Prezidentinin xanımı Tatyana Yosipoviç Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olmuşdur. Qəbuldan razı qalan xanım Yosipoviç öz minnətdarlığını bildirərək rəy kitabına bu sözləri yazmışdır:-muzeyin ekspozisiyası və xüsusən yerləşdiyi bina çox maraqlıdır. Belə bir möcüzənin şahidi olduğum ücün sizə minnətdarlığımı bildirirəm.
| |
|
|